Bank Of Baku

BAXCP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirilib

BAXCP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirilib
# 03 mart 2008 12:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda komitə üzvlərinin bölgələrdə rayon və şəhər təşkilatlarının hesabat-seçki yığıncaqlarına hazırlıqla bağlı hesabatları dinlənilib, o cümlədən qurultay nümayəndələrinin say tərkibi də müəyyənləşdirilib. Yığıncaqda Ermənistanda keçirilən prezident seçkilərinin nəticələri də müzakirə mövzusu olub və bununla bağlı bəyanat qəbul edilib. Bəyanatda beynəlxalq təşkilatların və bir sıra aparıcı dövlətlərin Ermənistanda gedən proseslərlə bağlı mövqeyi pislənib: “Ermənistanda prezident seçkiləri zamanı baş verən kütləvi saxtakarlıqlara və kobud qanun pozuntularına baxmayaraq, beynəlxalq təşkilatlar, həmçinin dünyanın aparıcı ölkələri erməni xalqının seçim hüququnun tanınmır. Bu mövqe bölgədə münaqişənin həll edilməməsinə xidmət edir”. BAXCP hesab edir ki, Azərbaycan hökuməti öz xalqına divan tutan və Qarabağda bəşəri cinayətlər törədən Serj Sərkisyanla danışıqlardan imtina etməli və beynəlxalq təşkilatların ikiüzlü siyasətini pisləməlidir. Qeyd edək ki, BAXCP-nin növbəti qurultayı 2008-ci ilin mayında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR