Bank Of Baku

Arif Hacıyev: “Azərbaycanın müstəqillik aktına imza atmış keçmiş millət vəkillərinin bir ittifaqda birləşməsi ehtimalı çox azdır”

Arif Hacıyev: “Azərbaycanın müstəqillik aktına imza atmış keçmiş millət vəkillərinin bir ittifaqda birləşməsi ehtimalı çox azdır”
# 03 mart 2008 13:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Azərbaycanın müstəqillik aktına imza atmış keçmiş millət vəkillərinin birgə müzakirələr aparmasında məqsəd onların bir ittifaqda birləşməsi deyil. Həmin şəxslərin bir ittifaqda birləşməsi ehtimalı çox azdır”. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, burada əsas məqsəd 1991-ci ildə Azərbaycanda keçirilmiş referendumun ildönümü ilə bağlı tədbirlər keçirmək və o vaxtkı həqiqətləri ictimaiyyətə çatdırmaqdır: “Həmin dövrdə 43 millət vəkili referendumun keçirilməsinin əleyhinə çıxdı və Azərbaycanın müstəqilliyi məsələsinin həll olunması ideyasını irəli sürdü. İndi belə fikirlər səslənir ki, guya Azərbaycanın müstəqilliyi Azərbaycan Xalq Hərəkatının mübarizəsinin nəticəsi deyil, SSRİ-ni dağılmasının avtomatik yekunudur. Amma Azərbaycan xalqı müstəqillik uğrunda ciddi mübarizə aparıb. Həmin 43 nəfərdən bu gün yalnız 29-u həyatdadır, qalanları dünyasını dəyişib”. A. Hacılı bildirib ki, keçmiş deputatlar məsələ ilə bağlı bir sıra tədbirlər həyata keçirəcəklər. Onların bir qurumda birləşməsinə gəldikdə, A. Hacılı deyib ki, keçmiş deputatlar hazırda ayrı-ayrı partiyalarda təmsil olunurlar, siyasi baxışları isə fərqlidir: “Hətta onlardan hakimiyyətdə təmsil olunanlar da var. Amma buna baxmayaraq, biz ayrı-seçkilik etmədən 29 nəfərin hamısını bu tədbirlərə çağırmışdıq”.
Qeyd edək ki, ötən həftə AMİP lideri Etibar Məmmədov, Müsavat başqanı İsa Qəmbər, başqan müavini Arif Hacılı, Müsavat Məclisinin sədri Sülhəddin Əkbər, AMDP sədri İsgəndər Həmidov, VAMBP sədri Hacıbaba Əzimov, KXCP sədri Mirmahmud Mirəlioğlu, SƏP sədri Mətləb Mütəllimli və digərləri bir araya gələrək müzakirə aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR