Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasına namizədlərin irəli sürülməsinə başlanıb

QHT-lərə Dövlət Dəstəyi Şurasına namizədlərin irəli sürülməsinə başlanıb
# 03 mart 2008 13:22 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İctimai təşkilatlar QHT-lərə Dövlət Dəstəyi Şurasına öz namizədlərini irəli sürüblər. Milli QHT Forumunun prezidenti, Milli Məclisin deputatı Azay Quliyev APA-ya bildirib ki, QHT-lər artıq 8 sektor üzrə namizədlərini qeydiyyatdan keçiriblər və bütün müraciətlər Prezidentin İcra Aparatına təqdim edilib. Qurumun yaradılması istiqamətində prosesin son mərhələdə olduğunu deyən A. Quliyev yaxın zamanlarda Şuranın strukturu ilə bağlı açıqlama veriləcəyini də söyləyib: “Tərkibi 8 QHT, 3 hökumət nümayəndəsindən ibarət olan 11 nəfərdən ibarət Şura yaradılacaq. Bundan sonra qeydiyyat prosesi başlayacaq və nümayəndələr aidiyyatı üzrə sektorlarda təmsil olunacaqlar. Şuranın sədri, müavini və katibi seçki ilə müəyyənləşəcək. Bu siyahını prezident təsdiq edəcək. Hər Şura üzvü 4 il müddətinə seçiləcək, qurumun sədri isə 2 ildən bir dəyişdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR