Bank Of Baku

Şimali Kiprin gənc siyasətçilərinin Azərbaycana səfəri başlayır

Şimali Kiprin gənc siyasətçilərinin Azərbaycana səfəri başlayır
# 03 mart 2008 14:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) 4 siyasi partiyasının gənclər təşkilatlarının rəhbərləri Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olacaqlar. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dörd günlük səfər çərçivəsində qonaqlar YAP sədrinin müavini, icra katibi Əli Əhmədov, gənclər və idman naziri Azad Rəhimov, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazir İbrahimov və gənc deputatlarla görüşlər keçirəcək, Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Heydər Əliyev Fondunda olacaqlar. Səfərdə ŞKTC parlamentində təmsil olunan hakim Cümhuriyyətçi Türk, Milli Birlik, Azadlıq və İslahat, Toplumçu Demokrat partiyalarının gənclər təşkilatlarının təmsilçiləri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR