Bank Of Baku

Elmar Məmmədyarov Çexiya parlamentinin üzvlərini qəbul edib

Elmar Məmmədyarov Çexiya parlamentinin üzvlərini qəbul edib
# 03 mart 2008 14:51 (UTC +04:00)
Bakı APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Çexiya parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvlərini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komitə sədri Yan Hamaçek səfərin ikitərəfli əlaqələrin inkişafı üçün növbəti vacib addım olduğunu vurğulayaraq əməkdaşlıq üçün mövcud potensialın daha da dərinləşdirilməsinin zəruriliyini bildirib. E. Məmmədyarov da qarşılıqlı səfərlərin və görüşlərin hərtərəfli əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edərək Çexiya-GUAM dialoqu daxilində fikir mübadiləsini səmərəli adlandırıb. Nazir regional enerji layihələri və onların Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfədən danışaraq Azərbaycanın Avropaya inteqrasiyasında Çexiya təcrübəsinin öyrənilməsinin faydalı olacağını vurğulayıb. O, Bakıda Çexiya səfirliyinin açılması, viza rejiminin sadələşdirilməsi, iş adamları arasında əlaqələrin yaradılması məsələlərinə də toxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR