Bank Of Baku

Ziyafət Əsgərov Çexiya parlamentinin nümayəndə heyətini qəbul edib

Ziyafət Əsgərov Çexiya parlamentinin nümayəndə heyətini qəbul edib
# 03 mart 2008 15:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Çexiya Respublikası parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Yan Hamaçeki qəbul edib. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Z. Əsgərov avroatlantik məkana inteqrasiya barədə danışaraq Azərbaycanın Sülh Naminə Tərəfdaşlıq və fərdi əməkdaşlıq proqramları çərçivəsində NATO ilə sıx əməkdaşlıq etdiyini söyləyib. Dağlıq Qarabağ münaqişəsi barədə də qonaqları məlumatlandıran Z. Əsgərov rəsmi Bakının münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu, ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən problemin hələ də həllini tapmadığını bildirib. Y. Hamaçek isə Azərbaycanda həyata keçirilən islahatları, əldə olunmuş nəticələri, iqtisadi inkişaf tempini yüksək qiymətləndirdiklərini vurğulayıb: “Çexiya gələn ildən Avropa Birliyinə sədrlik edəcək ölkə kimi Cənubi Qafqaz ölkələri, eləcə də Avropaya sürətlə inteqrasiya edən Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Çexiya NATO-nun da üzvüdür və Azərbaycanın bu beynəlxalq təşkilatla əməkdaşlığı təqdirəlayiqdir”. Görüşdə ölkələr arasında beynəlxalq əməkdaşlıq, parlamentlər səviyyəsində səfərlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir da mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR