Bank Of Baku

Rusiyada keçirilən prezident seçkilərini müşahidə edən Azərbaycan MSK-nın nümayəndələri ciddi qanun pozuntuları ilə rastlaşmayıblar

Rusiyada keçirilən prezident seçkilərini müşahidə edən Azərbaycan MSK-nın nümayəndələri ciddi qanun pozuntuları ilə rastlaşmayıblar
# 04 mart 2008 10:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) Rusiyada keçirilən prezident seçkilərini müşahidə edən nümayəndə heyəti səsvermənin gedişində ciddi qanun pozuntuları ilə rastlaşmayıb. MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun APA-ya verdiyi məlumata görə, Məzahir Pənahovun rəhbərlik etdiyi 5 nəfərlik nümayəndə heyəti paytaxt Moskvada bir sıra seçki məntəqələrində olublar. Seçkilərin yaxşı təşkil olunduğunu və müşahidəçilər üçün yaxşı şəraitin yaradıldığını deyən R. Qasımov prosesin sakit atmosferdə keçdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti bu gün Moskvadan Bakıya yola düşəcək. Qeyd edək ki, nümayəndə heyətinə MSK-nın 5 üzvü və 2 şöbə müdiri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR