Bank Of Baku

122 saylı Xankəndi seçki dairəsi üzrə seçicilərin sayı 382 nəfər artıb

122 saylı Xankəndi seçki dairəsi üzrə seçicilərin sayı 382 nəfər artıb
# 04 mart 2008 10:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. 122 saylı Xankəndi seçki dairəsinin Dairə Seçki Komissiyası (DSK) seçici siyahılarının yenidən tərtib olunmasını başa çatdırıb. DSK-nın sədri Allahverdi Doluxanovun APA-ya verdiyi məlumata görə, sabah siyahılar Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq. Onun sözlərinə görə, yenidən tərtib olunma zamanı dairə ərazisindəki seçicilərin sayı 4 min 600 nəfərə çatıb. Ötən il seçicilərin sayının 4 min 218 olduğunu deyən DSK sədrinin sözlərinə görə, artıma səbəb 18 yaşına çatmış şəxslər və ayrı-ayrı yerlərdə yaşayan Xankəndi sakinlərinin siyahıya daxil edilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR