Bank Of Baku

Metyu Brayza Bakıda demokratik islahatlar və iqtisadi məsələləri müzakirə edəcəyini bildirib

Metyu Brayza Bakıda demokratik islahatlar və iqtisadi məsələləri müzakirə edəcəyini bildirib
# 04 mart 2008 10:41 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. “Azərbaycana ikigünlük səfərim zamanı əsas müzakirə mövzusu ölkədəki ümumi vəziyyət olacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ dövlət katibinin müavininin köməkçisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza deyib. O bildirib ki, keçirəcəyi görüşlərdə Azərbaycanda həyata keçirilən demokratik islahatlar və iqtisadi məsələlər müzakirə ediləcək. M. Brayza “Nabucco” qaz kəməri layihəsinin də diqqət mərkəzində olacağını söyləyib.
Qeyd edək ki, M. Brayza iki günlük səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR