Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresi Ukrayna prezidentinə Nobel sülh mükafatı verilməsi təşəbbüsü ilə çıxış edib

Dünya Azərbaycanlıları Konqresi Ukrayna prezidentinə Nobel sülh mükafatı verilməsi təşəbbüsü ilə çıxış edib
# 04 mart 2008 11:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukrayna nümayəndəliyi Ukrayna prezidenti Viktor Yuşşenkoya Nobel sülh mükafatı verilməsi təşəbbüsü ilə çıxış edib. DAK-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu qərar nümayəndəliyin rəhbəri Oqtay Rüstəmovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub. DAK nümayəndəliyi hesab edir ki, Ukrayna dövlətinin siyasi uğurlar qazanmasında göstərdiyi nailiyyətlərə, xalqın mənəvi dəyərlərinin özünə qaytarılmasında, demokratiyanın inkişafı və insan amalının qiymətləndirilməsində göstərdiyi yüksək prezident mədəniyyətinə görə V. Yuşşenkonun Nobel sülh mükafatı ilə mükafatlandırılması vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR