Bank Of Baku

Ombudsman Milli Məclisdə hesabat verib

Ombudsman Milli Məclisdə hesabat verib
# 04 mart 2008 11:55 (UTC +04:00)
APA-nın məlumatına görə, E. Süleymanova bildirib ki, fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 33 660, o cümlədən 2007-ci ildə 7900 müraciət daxil olub. Bunun 95,6%-ni şikayətlər, 4,4%-ni isə hüquqların pozulması təşkil edib. Şikayətlərin 39,6%-i vətəndaş hüquqlarının, 60,4%-i isə iqtisadi və sosial hüquqların pozulması ilə bağlıdır. Şikayətlərin 47,6%-i baxılmaq üçün icraata qəbul edilib və bunun 40,6%-i təmin olunub. Daxil olan müraciətlərdən 1148-i məhkəmə orqanları, 318-i məhkəmə qərarlarının icra edilməməsi, 430-u yerli icra hakimiyyətləri, 233-ü bələdiyyələr, 356-sı prokurorluq, 725-i polis orqanları və digər dövlət qurumları ilə bağlıdır. Ombudsman deyib ki, narahatlıq doğuran problemlərdən biri də işgəncələrlə əlaqədar olub. Müvəkkilə ünvanlanmış bir sıra şikayətlərdə polis orqanları və penitensiar sistem işçiləri tərəfindən müxtəlif fiziki və mənəvi təzyiqlərə yol verildiyi göstərilib. E. Süleymanova hesabat dövründə MTN-in istintaq təcridxanasına, Bakı şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlama məntəqəsinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlama təcridxanasına, Penitensiar Xidmətin istintaq təcridxanalarına baxışlar keçirildiyini vurğulayıb. O, həbsdə olan jurnalistlərlə görüşdüyünü də söyləyib.
Sonra ombudsmanın hesabatının müzakirəsinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR