Bank Of Baku

ADP, AMİP, Müsavat, Tərəqqi partiyaları və “Azərbaycan Naminə” İctimai Forum prezident seçkiləri ərəfəsində siyasi blok yaradacaq

ADP, AMİP, Müsavat, Tərəqqi partiyaları və “Azərbaycan Naminə” İctimai Forum prezident seçkiləri ərəfəsində siyasi blok yaradacaq
# 04 mart 2008 12:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Beşlər” formatında fəaliyyət göstərən müxalifət təşkilatları prezident seçkiləri ərəfəsində siyasi blok yaradacaq. Bu barədə APA-ya açıqlamasında bu formatda təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məlumat verib. O, artıq bununla bağlı müzakirələrin başladığını və bir sıra sahələrdə əməkdaşlığın nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, blokun əsas prinsipləri seçkilərin demokratikliyi üçün birgə addımlar atmaq, birgə müşahidənin həyata keçirilməsi, nəticələrin qiymətləndirilməsində birgə mövqedən çıxış etməkdir. S. Cəlaloğlu bu formata digər partiyaların daxil edilməsinin nəzərdə tutulmadığını qeyd edib.
Qeyd edək ki, “Beşlər” formatına Demokrat, Müsavat, Tərəqqi, Milli İstiqlal partiyaları və “Azərbaycan Naminə” İctimai Forum daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR