Bank Of Baku

Elmar Məmmədyarov Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Hulusi Kılıçı qəbul edib

Elmar Məmmədyarov Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Hulusi Kılıçı qəbul edib
# 04 mart 2008 12:18 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Hulusi Kılıçı qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Türkiyənin strateji müttəfiq və dost ölkə kimi Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən qonaq, baş nazirin salamlarını çatdırıb, ikitərəfli əməkdaşlığın yüksək sürətlə inkişafını davam etdirməyə hər cür səy göstərəcəyinə söz verib. Siyasi müstəvidə yüksək səviyyədə mövcud olan anlaşmanı alqışlayan nazir Elmar Məmmədyarov çoxtərəfli və regional səviyyədə əməkdaşlığın bu strateji tərəfdaşlığı tamamladığını vurğulayıb. Daha sonra beynəlxalq və regional əhəmiyyətli məsələləri müzakirə edən tərəflər, Kosovo məsələsi, BMT Baş Assambleyasında Dağlıq Qarabağla bağlı qətnamənin gündəliyə salınması, regionda Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığın gücləndirilməsi, Türkdilli Dövlətlərin Parlament Assambleyası katibliyinin yaradılması və digər məsələləri nəzərdən keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR