Bank Of Baku

Asim Mollazadə Çexiya parlamentinin komitə sədri ilə görüşüb

Asim Mollazadə Çexiya parlamentinin komitə sədri ilə görüşüb
# 04 mart 2008 12:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Çex Respublikası parlamentinin Xarici İşlər Komitəsinin sədri Yan Hamaçeklə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Çexiya arasındakı münasibətlər, Cənubi Qafqazdakı lokal münaqişələr, regional enerji təhlükəsizliyi məsələləri müzakirə olunub. A. Mollazadə Y. Hamaçekə Ermənistanın Azərbaycana təcavüzü, avroatlantik məkana inteqrasiya, Azərbaycanın iştirakçısı olduğu mühüm enerji layihələri və DİP-in fəaliyyəti ilə bağlı məlumat verib. Görüşdə payızda keçiriləcək prezident seçkilərinə də toxunulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR