Bank Of Baku

Dakar sammitində İslam Konfransı Təşkilatının adının dəyişdirilməsi məsələsi müzakirə olunacaq

Dakar sammitində İslam Konfransı Təşkilatının adının dəyişdirilməsi məsələsi müzakirə olunacaq
# 04 mart 2008 14:18 (UTC +04:00)
APA-nın məlumatına görə, sammitdə onillik fəaliyyət planının reallaşdırılması, İKT Nizamnaməsinə dəyişikliklər, quruma üzv dövlətlər arasında iqtisadi əməkdaşlıq perspektivlərinin araşdırılması məsələləri müzakirə olunacaq. Bundan başqa, sammit iştirakçıları İslam Konfransı Təşkilatının adının dəyişdirilməsi məsələsinə də münasibət bildirəcək, bununla bağlı təklifləri nəzərdən keçirəcəklər. Ümumilikdə sammitdə 42 dövlət başçısının iştirakı gözlənilir. Martın 7-8-də isə Dakarda İKT qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətlərinin birinci sammitinin keçirilməsi nəzərdə tutulur. Seneqal paytaxtında sammit ərəfəsində keçiriləcək konfranslardan biri də ölkənin Ali Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. Bu konfrans iştirakçı ölkələrin elm və təhsil qurumları arasında əməkdaşlığa həsr olunub. Bundan başqa, Dakarda Quran nüsxələri və əlyazmalarından ibarət sərginin təşkili nəzərdə tutulur.
İKT sammitində Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR