Bank Of Baku

Sərdar Cəlaloğlu: ”Hazırda mitinqlər ən effektsiz yoldur”

Sərdar Cəlaloğlu: ”Hazırda mitinqlər ən effektsiz yoldur”
# 04 mart 2008 14:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) Seçki Məcəlləsinə dəyişiklik tələbi ilə “Azadlıq” blokunun planlaşdırdığı mitinqlərdə iştirak etmək niyyətində deyil. Partiyanın sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, ADP hər hansı partiya və ya blokun qəbul etdiyi qərarın icrası ilə bağlı öz üzərinə heç bir öhdəlik götürməyib: “Biz mitinq yolu ilə qarşıya qoyulan məqsədə çatmağın mümkün olduğunu düşünmürük. Ona görə də “Azadlıq” blokuna müvəffəqiyyət arzulayıram. Aksiya ilə bağlı onlar qərar veriblər və yəqin qərarın icrası ilə bağlı özləri lazım olan addımları atacaqlar”. S. Cəlaloğlunun fikrincə, hazırda problemlərin mitinqlər yolu ilə həll edilməsi cəhdi ən effektsiz üsuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR