Bank Of Baku

“Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib

“Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib
# 04 mart 2008 15:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib. Sədrlər Şuranın üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, iclasda Ermənistanda keçirilən prezident seçkilərinin nəticələri, Azərbaycanda bu ilin payızında keçiriləcək prezident seçkiləri, jurnalistlərin həbsi məsələləri müzakirə mövzusu olub. Blok rəhbərləri Ermənistandakı prezident seçkilərinə dünya dövlətlərinin münasibətinə diqqət yetirib və Azərbaycanda gedən proseslərlə paralellər aparıblar. Blok rəhbərliyi seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılması ilə bağlı nəzərdə tutduğu mitinqlərlə bağlı müzakirələri Sədrlər Şurasının növbəti toplantısında müzakirə etməyi və qərarlar qəbul olunmasını planlaşdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR