Bank Of Baku

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Bakıya gəlib

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Bakıya gəlib
# 05 mart 2008 08:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Bakıya işgüzar səfərə gəlib. APA-nın məlumatına görə, səfərin əsas məqsədi Bakıda keçiriləcək Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının ikinci iclasının işində iştirak etməkdir. Bu gün Rəşid Meredovun xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılıb. Rəşid Meredovla yanaşı, Bakıya Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının Türkmənistan tərəfindən həmsədri, bu ölkənin baş nazirinin müavini Xıdır Saparliyevin başçılıq etdiyi nümayəndə heyəti də gəlib. Qeyd edək ki, hökumətlərarası komissiyasının ilk iclası bu il yanvarın 17-də Aşqabadda keçirilib. Azərbaycan tərəfdən komissiyaya baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR