Bank Of Baku

Gültəkin Hacıyeva AŞ PA-nın hüquqi işlər və insan hüquqları komitəsinin iclasında iştirak edəcək

Gültəkin Hacıyeva AŞ PA-nın hüquqi işlər və insan hüquqları komitəsinin iclasında iştirak edəcək
# 05 mart 2008 08:08 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, millət vəkili Gültəkin Hacıyeva qurumun hüquqi işlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün bu gün Fransaya səfərə yola düşüb. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbirdə Avropa Birliyinin “İnsan hüquqlarına dair Avropa Konvensiyası”na qoşulması, Rusiya tərəfindən həmin Konvensiyanın 14-cü Protokolunun ratifikasiyası, Şimali Qafqaz bölgəsində insan hüquqlarının pozulması, Türkiyədə qeyri-müsəlman azlıqların və Qərbi Yunanıstanda müsəlman azlıqların dini azadlıqları və digər məsələlərə baxılacaq. Səfər martın 8-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR