Bank Of Baku

Qarabağ Münaqişəsinin Tənzimlənməsi üzrə İctimai Şuranın üzvləri Metyu Brayza ilə görüşüblər

Qarabağ Münaqişəsinin Tənzimlənməsi üzrə İctimai Şuranın üzvləri Metyu Brayza ilə görüşüblər
# 05 mart 2008 10:17 (UTC +04:00)
Qarabağ Münaqişəsinin Tənzimlənməsi üzrə İctimai Şuranın üzvləri Azərbaycanda səfərdə olan ABŞ dövlət katibi müavininin köməkçisi Metyu Brayza ilə görüşüblər. Bu barədə APA-ya məlumat verən qurumun sədri Arzu Abdullayevanın sözlərinə görə, görüşdə Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində müzakirələr aparılıb. Metyu Brayza vətəndaş cəmiyyətləri çərçivəsində tərəflər arasında danışıqların aparılmasını vacib sayıb. O, həmçinin qeyd edib ki, bundan sonra Qarabağ Münaqişəsinin Tənzimlənməsi üzrə İctimai Şura ilə sıx əməkdaşlıq edəcək və Azərbaycana hər səfəri zamanı qurumla problemin həlli istiqamətində müzakirələr aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR