Bank Of Baku

Asim Mollazadə Metyu Brayza və NATO Parlament Assambleyasının rəhbərləri ilə görüşüb

Asim Mollazadə Metyu Brayza və NATO Parlament Assambleyasının rəhbərləri ilə görüşüb
# 05 mart 2008 11:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə ABŞ dövlət katibinin müavininin köməkçisi, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza ilə görüşüb. DİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, ölkədə keçiriləcək prezident seçkilərinə hazırlıq, demokratiyanın inkişafı mövzusunda müzakirələr aparılıb. A. Mollazadə Ermənistanı regionda stabilliyi pozmaqda ittiham edib: “İrəvanda daxili iğtişaşlar törədən cinayətkar rejim diqqəti ölkədaxili problemlərdən yayındırmaq üçün Qarabağda atəşkəs rejimini pozur”. Ermənistan-Azərbaycan münaqişəsi Asim Mollazadənin NATO Parlament Assambleyasının (PA) sədri Joze Lello və NATO PA-nın baş katibi David Hobbsla görüşündə də müzakirə edilib. Partiya sədri NATO PA rəhbərləri ilə görüşündə isə Azərbaycanın Avroatlantik məkana inteqrasiyası, Azərbaycanla NATO arasındakı əlaqələr, GUAM-NATO münasibətləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR