Bank Of Baku

Misir parlamentinin sədr müavini Zeynəb Radvan: “Misir Azərbaycanın yanındadır və onu dəstəkləyir”

Misir parlamentinin sədr müavini Zeynəb Radvan: “Misir Azərbaycanın yanındadır və onu dəstəkləyir”
# 05 mart 2008 12:31 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Bütün Misir xalqını deyə bilmərəm, amma siyasətlə maraqlanan hər kəs Azərbaycan torpaqlarının erməni işğalçıları tərəfindən zəbt olunması barədə kifayət qədər məlumatlıdır. Təkcə Qarabağ problemi deyil, Fələstin problemi də var. Bu məsələlərdə Misirin mövqeyi ədalət tərəfdarı olan ölkələrin mövqeyi ilə üst-üstə düşür. Misir Azərbaycanın yanındadır və onu dəstəkləyir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikası parlamentinin sədr müavini Zeynəb Radvan deyib. Bakıda “Qadınlar və dövlət quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Z. Radvan Azərbaycanda qadına böyük önəm verilməsindən şad olduğunu bildirib: “Qadın problemi beynəlxalq problemdir. Bu problemi cəmiyyət üzvlərinin iştirakı ilə müzakirə etmək önəmlidir”. Onun sözlərinə görə, Misir qadınlarının, o cümlədən ərəb qadınlarının ən böyük problemi savadsızlıq, ikinci böyük problemi isə iqtisadi durumlarının aşağı səviyyədə olmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR