Bank Of Baku

“Elçibəy gənclərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib

“Elçibəy gənclərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib
# 05 mart 2008 13:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bütöv Azərbaycan Birliyi (BAB) “Elçibəy gənclərin gözü ilə” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, BAB Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli bildirib ki, keçmiş prezident Əbülfəz Elçibəyin anadan olmasının 70 illiyi münasibətilə tədbirlər planı hazırlanıb. A. Səmədbəyli Türkiyədə Şeyda və Məhəmməd Kamaloğlular tərəfindən mərhum prezidentin həyatından bəhs edən kitabın nəşr edildiyini də diqqətə çatıdırıb. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən bir sıra partiyalar da Elçibəylə bağlı silsilə tədbirlər keçirməyi planlaşdırıb. Tədbirdə çıxış edən gənclər isə Elçibəyin fəaliyyəti və siyasi baxışlarına dair fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR