Bank Of Baku

Ziyafət Əsgərov NATO Parlament Assambleyasının prezidenti ilə görüşüb

Ziyafət Əsgərov NATO Parlament Assambleyasının prezidenti ilə görüşüb
# 05 mart 2008 13:38 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan NATO Parlament Assambleyasının prezidenti Joze Lello ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Z. Əsgərov Azərbaycanın NATO ilə münasibətlərinin yüksək səviyyədə olduğunu, son illər bu əməkdaşlığın daha da dərinləşdiyini deyib. “Rouz-Roud” seminarının yenidən Bakıda keçirilməsinin qarşılıqlı münasibətlərin yüksək səviyyədə olmasından xəbər verdiyini söyləyən Z. Əsgərov Azərbaycanın NATO qarşısında götürdüyü öhdəlikləri ardıcıl yerinə yetirdiyini bildirib.
Joze Lello isə Azərbaycanda gedən quruculuq işlərinin, iqtisadi və demokratik inkişafın, siyasi sabitliyin NATO PA-da yüksək qiymətləndirildiyini bildirib. O, NATO və onun strukturlarının Azərbaycana böyük maraq göstərdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR