Bank Of Baku

Metyu Brayza bir qrup müxalifət lideri ilə görüşüb

Metyu Brayza bir qrup müxalifət lideri ilə görüşüb
# 05 mart 2008 13:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin müavininin köməkçisi, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza müxalifət düşərgəsində təmsil olunan bir qrup partiya rəhbəri ilə görüşüb. APA-nın məlumatına görə, Metyu Brayza ilə görüşdə iştirak edən Ümid Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyasının rəhbərləri Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, ölkədə keçiriləcək prezident seçkilərinə hazırlıq, demokratiyanın inkişafı mövzusunda fikir mübadiləsi aparıblar. Metyu Brayza ABŞ-ın Azərbaycanda demokratik seçki keçirilməsində maraqlı olduğunu deyib. Müsavat Partiyasının başqanı İsa Qəmbər isə toplantıya dəvət edilsə də, görüşdə iştirak etməyib. Partiya başqanının müavini Mehman Cavadov APA-ya açıqlamasında bunu İsa Qəmbərin iş qrafikinin gərginliyi ilə əlaqələndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR