Bank Of Baku

Sabah Azərbaycan paytaxtında NATO Parlament Assambleyasının 68-ci “Rouz Rout” seminarına start verilir

Sabah Azərbaycan paytaxtında NATO Parlament Assambleyasının 68-ci “Rouz Rout” seminarına start verilir
# 05 mart 2008 14:18 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Sabah Bakıda NATO Parlament Assambleyasının (PA) quruma daxil olan və tərəfdaş ölkələr arasında 68-ci “Rouz Rout” seminarı başlayır. NATO PA-dan APA-ya verilən məlumata görə, Xəzər və Mərkəzi Asiya regionunda təhlükəsizlik məsələləri seminarın əsas mövzusu olunacaq. Azərbaycan parlamentinin iştirakı ilə hazırlanan seminarda Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan parlamentinin təmsilçiləri, habelə beynəlxalq təşkilatların nümayəndələri qatılacaqlar.
Üç günlük seminarın proqramına uyğun olaraq, martın 6-da NATO PA-nın prezidenti Jose Lello və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov açılış nitqi ilə çıxış edəcəklər. Sonra debatlar olacaq. Martın 7-də NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi seminara qoşulacaqlar. Həmin gün seminarda Türkmənistan parlamentinin sədri Akca Nurberdiyeva və Qazaxıstan müdafiə nazirinin müavini Bulat Sembinov da iştirak edəcəklər.
Martın 8-də isə seminarda Əfqanıstan Milli Assambleyası təmsilçisinin iştirakı ilə Əfqanıstan və Mərkəzi Asiya ölkələri arasında NATO-nun İSAF əməliyyatı üzrə müzakirələr olacaq. Seminar həmin gün “Siyasi İslam və Mərkəzi Asiyada demokratiya və insan hüquqlarına dair” sessiya ilə yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR