Bank Of Baku

NATO Parlament Assambleyasının prezidenti Azərbaycan parlamentinin üzvləri ilə görüşüb

NATO Parlament Assambleyasının prezidenti Azərbaycan parlamentinin üzvləri ilə görüşüb
# 05 mart 2008 14:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycanda səfərdə olan NATO Parlament Assambleyasının prezidenti Joze Lello Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə komissiyanın sədri Səməd Seyidov Azərbaycanda təhlükəsizlik, müdafiə və demokratik inkişaf məsələlərinə ciddi fikir verildiyini deyib. O, Dağlıq Qarabağ probleminə də toxunaraq münaqişənin həllində qeyri-konstruktiv mövqe tutan Ermənistan tərəfinin son günlər atəşkəsi növbəti dəfə pozduğunu diqqətə çatdırıb. Milli Məclisin deputatları NATO-nu terrorçu Ermənistana qarşı qətiyyətli tədbirlər görməyə çağırıblar. NATO Parlament Assambleyasının prezidenti Joze Lello Şərqlə Qərbin birləşdiyi bölgə kimi Cənubi Qafqaza dair xarici siyasətin formalaşdırılmasının çox vacib və çətin iş olduğunu deyib. Qonaq bu bölgədə Azərbaycanı demokratik və sabit ölkə kimi tanıdığını vurğulayıb. NATO PA prezidenti Joze Lello bu gün, həmçinin Milli Məclisdə təmsil olunan siyasi partiyaların üzvləri ilə də görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR