Bank Of Baku

Əli Əhmədov: “Ermənilərin atəşkəsi pozması Ermənistanda yaranmış daxili gərginliyi aradan qaldırmaq məqsədi güdür”

Əli Əhmədov: “Ermənilərin atəşkəsi pozması Ermənistanda yaranmış daxili gərginliyi aradan qaldırmaq məqsədi güdür”
# 05 mart 2008 14:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Ermənilərin atəşkəsi pozması Ermənistanda yaranmış daxili gərginliyi aradan qaldırmaq məqsədi güdür. Amma bu taktika həmin gərginliyi aradan qaldırmaq gücündə deyil”. APA-nın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib: “Azərbaycan münaqişənin dinc yolu ilə nizama salınması mövqeyindən əl çəkməyib. İqtidar buna inanmasaydı, danışıqlar prosesini davam etdirməzdi. Onu da qeyd edirik ki, ATƏT-in Minsk Qrupu öz üzərinə düşən missiyanın üzərindən gələ bilməyib. 1993-cü ildən bu günə qədər davam edən missiya ancaq bölgəyə səfər etməkdən ibarət olub. Bunun səbəbləri haqqında da artıq düşünməyin və düşüncələri açıq şəkildə ifadə etməyin vaxtı çatıb. Həmsədrlər təcavüz edənlə təcavüzə məruz qalana eyni münasibət bəsləyir, onlara eyni dərəcədə güzəştə getməyi təklif edirlər. Buna görə də mühüm irəliləyiş əldə olunmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR