Bank Of Baku

Oqtay Əsədov NATO Parlament Assambleyasının prezidentini qəbul edib

Oqtay Əsədov NATO Parlament Assambleyasının prezidentini qəbul edib
# 05 mart 2008 15:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədov NATO Parlament Assambleyasının prezidenti Joze Lellonu qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, O. Əsədov Azərbaycanın xarici siyasətində avroatlantik məkana inteqrasiyanın prioritet sahələrdən biri olduğunu deyib: “Bu gün Avropa dəyərlərindən bəhrələnən Azərbaycan bu sahədə xeyli uğurlar qazanıb və Avropa strukturları ilə fəal əməkdaşlıq edir. Ölkəmiz beynəlxalq birliyin terrorçuluğa qarşı mübarizəsinə ilk dəstək verənlərdən biri kimi, bu sahəyə öz layiqli töhfəsini verməkdədir”. J. Lello isə təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR