Bank Of Baku

Elmar Məmmədyarov NATO Parlament Assembleyasının prezidentini qəbul edib

Elmar Məmmədyarov NATO Parlament Assembleyasının prezidentini qəbul edib
# 05 mart 2008 16:34 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan NATO Parlament Assembleyasının prezidenti Joze Lellonu qəbul edib. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. NATO Parlament Assambleyasının prezidenti qəbula görə təşəkkür edib və səfərin regionda baş verən hadisələrlə yaxından tanış olmaq və daha geniş əməkdaşlıq münasibətlərini müzakirə etmək məqsədi daşıdığını bildirib. Qonaq hərbi alyans ilə ölkəmiz arasındakı münasibətlərin genişlənməsində NATO Parlament Assambleyası ilə Azərbaycan parlamenti arasındakı qarşılıqlı əlaqələrin genişləndirilməsinin xüsusi töhfə verəcəyinə əminliyini bildirib. Öz növbəsində nazir Elmar Məmmədyarov Avropa və Avroatlantik strukturlara inteqrasiyanın ölkəmizin xarici siyasətinin mühüm elementi olduğunu qonağın diqqətinə çatdırıb və bu istiqamətdə bundan sonra da ardıcıl siyasət yeridiləcəyini qeyd edib. NATO ilə həyata keçirilən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının uğurla həyata keçirildiyi və qarşıya qoyulmuş məqsədlərin yerinə yetirildiyi qonağın nəzərinə çatdırılıb. Nazir hazırda ölkəmizin qarşısında duran ən əsas problemin Ermənistan-Azərbaycan münaqişəsinin həllinin uzadılması olduğunu və münaqişənin bütövlükdə regionda sülh və sabitliyin həllinə ciddi təhlükə təşkil etdiyini bildirib. Görüşdə ortaq maraq kəsb edən bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR