Bank Of Baku

Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin yeni sədri seçilib

Sabir Rüstəmxanlı Dünya Azərbaycanlıları Konqresinin yeni sədri seçilib
# 05 mart 2008 16:47 (UTC +04:00)
DAK sədrinin vəzifəsini icra edən Sabir Rüstəmxanlı APA-ya bildirib ki, İdarə Heyətinin poltak vasitəsilə keçirilən yığıncağında bu qərarın əleyhinə səs versə də, İH-nin təkidi ilə bu vəzifəni tutmaq məcburiyyətində qalıb. O bu postda DAK-ın yayda keçiriləcək qurultayına qədər qalacağını deyib: “Heç vaxt DAK sədri olmaq istəyində olmamışam. Amma bu vəziyyətdə imtina edə bilmədim. DAK-ın Demokratik Dünya Azərbaycanlıları Konqresi ilə birlik qurultayı da təxirə salınmayıb. Bu barədə Demokratik Dünya Azərbaycanlıları Konqresinin sədri Əhməd Obalı ilə də danışmışam”.
DAK sədri Qulamrza Səbri Təbrizi isə APA-ya açıqlamasında baş verənləri xarici dövlətlərin və maraqlı şəxslərin fitnəsi adlandırıb: “Deyilən toplantıya dəvət edilməmişəm. Ümumiyyətlə, belə dezinformasiyalar bir neçə dəfə yayılıb. DAK İdarə Heyətinin üzvləri Eldar Qaradağlı, Adil Minbaşı, Səməd Fərtaş, Məmməd Əlizadə və Cavad Derəxti bu məsələdə maraqlıdırlar. Lakin onlar Qulamrza Səbri Təbrizini saxta yolla qurumun sədri vəzifəsindən uzaqlaşdıra bilməyəcəklər. Sabir Rüstəmxanlı da mənim bu postdan getməyimin əleyhinədir”.
DAK-ın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, martın 4-də Bakı vaxtı ilə saat 22.00-da DAK İdarə Heyətinin 17 üzvündən 11-nin iştirakı ilə poltak vasitəsilə toplantısı keçirilib. Yığıncaqda təşkilat sədrinə etimad məsələsi müzakirəyə çıxarılıb. Q. S. Təbrizi səs çoxluğu ilə qurumun rəhbəri vəzifəsindən kənarlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR