Bank Of Baku

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfatından 53 il ötür

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfatından 53 il ötür
# 06 mart 2008 07:47 (UTC +04:00)
APA-nın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü ilin yanvarın 31-də Bakıda anadan olub. 1918-ci il mayın 28-də Rəsulzadənin sədri olduğu Milli Şura Azərbaycanın istiqlaliyyətini elan edib. 23 aylıq istiqlaldan sonra 1920-ci ilin aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayıb. Bundan sonra bir müddət Moskva Şərqşünaslıq (keçmiş Lazarev) İnstitutunda fars dilindən dərs deyən Rəsulzadə Finlandiyaya qaçıb. Bununla da onun həyatının mühacirət dövrü başlayır. Rəsulzadə ömrünün sonunadək fasilələrlə Türkiyə və Avropa ölkələrində mühacirətdə yaşayıb. Məhəmməd Əmin 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib. O, Ankaradakı Əsri Məzarlıqda dəfn olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR