Bank Of Baku

Akif Şahbazov: “Rəsul Quliyevin prezident seçkilərində başqa bir namizədi dəstəkləmək ehtimalı yoxdur”

Akif Şahbazov: “Rəsul Quliyevin prezident seçkilərində başqa bir namizədi dəstəkləmək ehtimalı yoxdur”
# 06 mart 2008 09:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Rəsul Quliyevin prezident seçkilərində başqa bir namizədi dəstəkləmək ehtimalı yoxdur. Biz düşünürük ki, yalnız Rəsul Quliyev müxalifətin vahid namizədi ola bilər”. Bu açıqlamanı APA-ya R. Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov deyib. Hazırda partiya liderinin müşaviri Zəminə Dünyamalıyevanın müxalifət partiyaları ilə danışıqlar apardığını deyən A. Şahbazovun sözlərinə görə, müsbət nəticə əldə olunana kimi bu danışıqlar davam etdiriləcək: “Biz istəyirik ki, bu danışıqlar müsbət nəticələnsin və müxalifət seçkilərdə vahid mövqedən çıxış etsin. Siyasi müxalifətin vahid mövqedən çıxış etməsi vacib məsələdir. Bunun mümkün olmayacağı halda hansı addımların atılacağına gəldikdə, bu barədə indidən hər hansı planımız yoxdur. Amma biz seçkilərdə Rəsul Quliyevin namizədliyini irəli sürmək barədə qurultayda qərar qəbul etmişik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR