Bank Of Baku

“Saloğlu” layihəsinin üçüncü mərhələsinin başlanmasına dair Azərbaycan hökuməti və NATO arasında Brüsseldə danışıqlar gedir

“Saloğlu” layihəsinin üçüncü mərhələsinin başlanmasına dair Azərbaycan hökuməti və NATO arasında Brüsseldə danışıqlar gedir
# 06 mart 2008 09:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Partlamamış hərbi sursatların məhv edilməsi üzrə “Saloğlu” layihəsinin üçüncü mərhələsinin başlanmasına dair Azərbaycan hökuməti və NATO arasında danışıqlar gedir. APA-nın məlumatına görə, Azərbaycanın NATO-dakı nümayəndəsi Kamil Xasıyev bildirib ki, hazırda Brüsseldə olan Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin mütəxəssisləri ilə danışıqlar aparır: “Yəqin ki, NATO yaxın vaxtlarda layihənin müddətinin uzadılmasına razılıq verəcək”. K. Xasıyev həmçinin NATO-ya üzv və tərəfdaş ölkələrin iştirakı ilə kasetli silahların qadağan edilməsinə dair konvensiyanın hazırlandığını da bildirib: “Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra Azərbaycan da konvensiyaya qoşulmaq bu məsələsinə baxa bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR