Bank Of Baku

Bakıda NATO-nun “Rouz Roud” seminarı başlayıb

Bakıda NATO-nun “Rouz Roud” seminarı başlayıb
# 06 mart 2008 09:55 (UTC +04:00)
O bildirib ki, Azərbaycan 1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulub və qlobal təhlükəsizliyə öz töhfəsini verir: “Azərbaycan 2005-ci ildən Fərdi Tərəfdaşlığın Fəaliyyət Planını həyata keçirməyə başlayıb. Plan çərçivəsində əməkdaşlıq uğurla davam edir. Azərbaycanın müdafiə və təhlükəsizlik strukturları NATO standartlarına uyğunlaşdırılır. Ermənistanla münaqişəyə baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına uyğunlaşdırılır. Silahlı Qüvvələrə ictimai nəzarətlə bağlı qanunvericilik bazasının hazırlanması davam edir”. O. Əsədov Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə də toxunaraq deyib ki, Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqazdakı digər münaqişələr region üçün təhlükə yaradır. Onun sözlərinə görə, Ermənistan Cənubi Qafqazda yeganə ölkədir ki, ərazisində digər dövlətin hərbi bazasını saxlayır. Martın 4-də cəbhə zonasında baş verən toqquşmalara da diqqət çəkən O. Əsədov bildirib ki, qarşı tərəf öz ölkəsindəki seçki saxtakarlığını beynəlxalq təşkilatların diqqətindən yayındırmaq məqsədilə cəbhə xəttində hərbi fəaliyyətini artırır.
Qeyd edək ki, seminarda 60-ı deputat olmaqla, NATO üzvü və tərəfdaş ölkələrdən 101 nümayəndə iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR