Bank Of Baku

Məmməd Əlizadə: “Siyasi kursumuz eyni olduğundan, gələcəkdə YAP-a birləşə bilərik”

Məmməd Əlizadə: “Siyasi kursumuz eyni olduğundan, gələcəkdə YAP-a birləşə bilərik”
# 06 mart 2008 10:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Biz müxalifət partiyası deyilik, dövlətçiliyə zidd addımlar da atmırıq, nəyə görə YAP tərəfindən mənə qarşı təzyiqlər olmalıdır? Bu məsələnin qaldırılmasına, qızışdırmasına ehtiyac yoxdur. Bəziləri bunu bilərəkdən şişirdirlər ki, guya bizi sıxırlar, halbuki belə şey yoxdur. Bizə də bütün iqtidaryönlü partiyalarla eyni münasibət göstərilir”. Bunu APA-ya açıqlamasında ötən həftə iqtidaryönlü partiyaların Məşvərət Məclisinin sədrliyini YAP-a vermiş Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə deyib. Onun sözlərinə görə, YAP-ın bazası hesabına öz partiyasını genişləndirməklə bağlı deyilənlərin də əsası yoxdur: “YAP-dan bizə gələn yoxdur, gəlsələr də götürmərik. Çünki biz də YAP-ın başqa bir formasıyıq, oradan bizə gəlməyin nə mənası var ki... Siyasi kursumuz eyni olduğundan, gələcəkdə YAP-a birləşə də bilərik. Çünki biz siyasi fəaliyyətimizi YAP-ın proqramı əsasında kökləmişik”. M. Əlizadə əsasən müxalifət partiyalarından AXCP və Müsavatdan bir sıra şəxsin DADP-yə transfer etdiyini vurğulayıb. İndiyə qədər YAP-da özünə qarşı mənfi münasibət hiss etmədiyini bildirən M. Əlizadə, bununla belə, bəzi məsələlərlə bağlı müstəqil addım ata biləcəyini gizlətməyib: “Mən də siyasi partiyanın rəhbəriyəm, öz Nizamnaməmiz, müstəqil addımlar atmaq hüququm var. Biz cəmiyyətdə sağlam rəqabət formalarını, güclənmək, təşkilatlanmaq, Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğunda önəmli rol oynamağı təklif edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR