Bank Of Baku

Mübariz Əhmədoğlu: “İkinci Dünya Müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sisteminə ciddi zərbə vurulub”

Mübariz Əhmədoğlu: “İkinci Dünya Müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sisteminə ciddi zərbə vurulub”
# 06 mart 2008 13:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu 2008-ci ilin fevral ayı üçün beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Əhmədoğlu Kosovonun birtərəfli qaydada Serbiyadan ayrılaraq müstəqilliyini elan etməsi, Türkiyənin İraqın şimalında PKK terrorçularına qarşı apardığı əməliyyatlar və ABŞ-ın Mərkəzi Asiyada maraqlarının güclənməsi ilə bağlı fikirlərini söyləyib. O bildirib ki, son bir ildə dünyada baş verənlər İkinci Dünya Müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sisteminə ciddi zərbə vurub. Ekspert deyib ki, Transxəzər və “Nabucco” layihələrinə dəstək verən Avropa Birliyi “Bəyaz axın” layihəsində maraqlı olduğunu da bəyan edib. Ermənistandakı son proseslərə toxunan M. Əhmədoğlunun sözlərinə görə, Qərb dövlətləri və beynəlxalq təşkilatlar demokratiya imitasiyası ilə məşğul olan Ermənistandakı seçkiləri müsbət qiymətləndirməklə ədalətsiz mövqe tutublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR