Bank Of Baku

İqbal Ağazadə ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin təmsilçisi ilə görüşüb

İqbal Ağazadə ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin təmsilçisi ilə görüşüb
# 06 mart 2008 13:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin təmsilçisi Aida Suyunduyeva ilə görüşüb. Partiyadan APA-ya verilən məlumata görə, görüşdə ölkədə seçkiöncəsi ictimai-siyasi vəziyyət, siyasi partiyaların cəmiyyətdə rolunun gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. İ. Ağazadə partiyanın seçki hazırlığı haqda fikirlərini MDİ təmsilçisi ilə bölüşüb. Partiya sədri seçki proqramının hazırlanması prosesinin başa çatmaq üzrə olduğunu və yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR