Bank Of Baku

YAP Şəki rayon təşkilatının yaranmasının 15-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

YAP Şəki rayon təşkilatının yaranmasının 15-ci ildönümünə həsr olunmuş konfrans keçirilib
# 06 mart 2008 13:36 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Şəkidə Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatının yaranmasının 15-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna rayon İcra Hakimiyyətindən məlumat verilib. Tədbirdə rayon rəhbərliyi və YAP fəalları iştirak edib. Konfransda çıxış edən partiyanın rayon təşkilatının sədri Həsən Həsənov təşkilatın son illərdəki fəaliyyətindən danışaraq qazanılmış uğurlardan söz açıb. Rayonda YAP üzvlərinin sayının gündən-günə artdığını söyləyən H. Həsənov hazırda Şəkidə partiya sıralarının 8000 nəfər təşkil etdiyini söyləyib. Konfransın sonunda rayon YAP-çıları adından ölkə başçısına müraciət ünvanlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR