Bank Of Baku

ATƏT nümayəndəsi: “Kosovonun Dağlıq Qarabağ kimi münaqişələr üçün presedent təşkil edəcəyini söyləmək olar”

ATƏT nümayəndəsi: “Kosovonun Dağlıq Qarabağ kimi münaqişələr üçün presedent təşkil edəcəyini söyləmək olar”
# 06 mart 2008 14:09 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayan D. Linç bildirib ki, münaqişənin davam etməsi yeni qurbanlara səbəb olur və separatçı hərəkatların yaranmasına təkan verir: “Biz tərəfləri danışıqlar masasına oturmağa məcbur etməliyik”. Azərbaycan Xarici İşlər Nazirliyinin təhlükəsizlik məsələləri idarəsinin rəisi Tofiq Musayev isə GUAM ölkələrinin ərazisindəki münaqişələrin həlli üçün beynəlxalq təşkilatlardan kömək gözlədiklərini söyləyib: “Biz məsələni BMT Baş Assambleyasının gündəminə gətirmişik və bu, çox vacibdir”. NATO Parlament Assambleyasının Siyasi Komitəsinin sədri Markus Merkel isə Azərbaycanda media azadlığı, ədalətli seçkilərin keçirilməsi və siyasi məhbuslar sahəsində problemlər olduğunu qeyd edib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkənin demokratik və iqtisadi inkişafı baxımından da önəmlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR