Bank Of Baku

Müdafiə Nazirliyinin İnformasiya İdarəsi: Düşmənə vurulan son zərbə Ermənistan ordusu daxilində parçalanmanı daha da sürətləndirib

Müdafiə Nazirliyinin İnformasiya İdarəsi: Düşmənə vurulan son zərbə Ermənistan ordusu daxilində parçalanmanı daha da sürətləndirib
# 06 mart 2008 14:18 (UTC +04:00)
Açıqlamada deyilir ki, azərbaycanlılara qarşı soyqırımı törədilməsinin təşkilatçıları və fəal iştirakçıları olan erməni hərbçilərinin, xüsusi ilə Ermənistan müdafiə nazirinin müavinləri Manvel Qriqoryan və Qaqik Melkonyan, o cümlədən Silahlı Qüvvələrin qərargahında və güc strukturlarında xidmət edən yüksək rütbəli hərbçilərin, həmçinin əsas etibarı ilə hərbçilərdən ibarət “Yerkrapa” Könüllülər İttifaqı ictimai təşkilatının əksər üzvləri Köçəryan-Sarkisyan hakimiyyətinə müxalifətdə olanları dəstəklədiklərinə görə vəzifələrindən uzaqlaşdırılaraq həbs olunublar: “Mövcud rejiminin orduya etibar etməməsinin əsas göstəricilərindən biri ölkədəki iğtişaşlarının yatırılması məqsədi ilə işğal altında olan Dağlıq Qarabağdan ekstremist-terrorçu silahlı dəstələrin İrəvana gətirilməsidir. Digər tərəfdən, hərbi xunta Ermənistan cəmiyyətinin və dünya ictimaiyyətinin diqqətini ölkədə həyata keçirilmiş hərbi çevrilişdən yayındırmaq məqsədi ilə Ermənistan-Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində atəşkəs rejimini pozaraq irimiqyaslı döyüş əməliyyatlarına başlamağa cəhd göstərib”.
İnformasiya İdarəsi qeyd edir ki, Azərbaycanın siyasi, diplomatik və hərbi nüfuzundan təşvişə düşən rəsmi İrəvan, erməni terrorçularının ideoloji və təxribat təlim mərkəzi olan Ermənistan Müdafiə Nazirliyinin milli strateji araşdırmalar institutu, mətbuat və informasiya mərkəzi, rəsmi dövlət orqanları, Köçəryan-Sarkisyan terrorçu rejiminin nəzarətində olan KİV-lər cəbhə bölgəsində son gərginliyin Azərbaycan tərəfindən törədildiyi barədə yalan, böhtan və uydurma xarakterli məlumatlar yayır: “Azərbaycan Ordusu tərəfindən düşmənə vurulmuş son zərbə Ermənistanın terrorçu rejiminin rəhbərliyini sarsıdıb, həm hazırkı hakimiyyətə müxalif, həm də zərbə almış erməni ordusunun cəmiyyətin bütün təbəqələrində nüfuzunu aşağı salıb və ordu daxilində parçalanmanı daha da sürətləndirib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR