Bank Of Baku

Sabir Rüstəmxanlı DAK sədri vəzifəsini təşkilatı böhrandan çıxarmaq üçün öz üzərinə götürüb

Sabir Rüstəmxanlı DAK sədri vəzifəsini təşkilatı böhrandan çıxarmaq üçün öz üzərinə götürüb
# 06 mart 2008 14:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) sədrinin vəzifəsini icra edən Sabir Rüstəmxanlı və bir qrup təşkilat üzvü mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, S. Rüstəmxanlı bildirib ki, martın 4-də DAK İdarə Heyətinin 17 üzvündən 11-nin iştirakı ilə internet vasitəsilə (paltalk) toplantı keçirilib. Yığıncaqda təşkilat sədrinə etimad məsələsi müzakirəyə çıxarılıb və Qulamrza Səbri Təbrizi səs çoxluğu ilə qurumun rəhbəri vəzifəsindən kənarlaşdırılıb. S. Rüstəmxanlı İH üzvlərinin təkidi ilə bu vəzifəni tutmaq məcburiyyətində qaldığını söyləyib: “Qulamrza Səbri Təbrizi qurumun Nizamnaməsini və İdarə Heyətinin Əsasnaməsini pozaraq davamlı qərarlar verib. Bütün bunlar son səkkiz ay ərzində İdarə Heyətində ciddi fikir ayrılığı yaradıb. Amma o, İdarə Heyətinin üzvü olaraq qalır”. S. Rüstəmxanlı baş verənlərdə hakimiyyətin rolunun olmadığını vurğulayıb: “DAK-ın aprelin 26-da Brüsseldə keçiriləcək qurultayına qədər sədr olacağam. Bu vəzifəyə böhrandan çıxmaq üçün razılaşdım. Qulamrza Səbri Təbrizi ilə dostluq münasibətlərim qalır və onun sədr vəzifəsindən uzaqlaşdırılması əlaqələrimizi korlamayacaq. Hesab edirəm ki, bu vəzifəni yenə də əslən Güney Azərbaycandan olan şəxs tutmalıdır”. S. Rüstəmxanlı qurultayda DAK-la Demokratik Dünya Azərbaycanlıları Konqresinin (DDAK) birləşməsi ilə bağlı məsələnin müzakirəyə çıxarılacağını da deyib.
Mətbuat konfransında çıxış edən bəzi qurum üzvləri isə DAK-da baş verənlərdən narahatlıqlarını bildiriblər. DAK mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli və digərləri Q. S. Təbrizinin sədrlikdən uzaqlaşdırılmasına etiraz ediblər və nəticədə DAK üzvləri arasında mübahisə yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR