Bank Of Baku

Azərbaycan Prezident Aparatının şöbə müdiri: “Beynəlxalq birlik Ermənistanda baş verənlərlə bağlı həddindən artıq yumşaq mövqe nümayiş etdirir” - EKSKLÜZİV

Azərbaycan Prezident Aparatının şöbə müdiri: “Beynəlxalq birlik Ermənistanda baş verənlərlə bağlı həddindən artıq yumşaq mövqe nümayiş etdirir” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 06 mart 2008 16:04 (UTC +04:00)
N. Məmmədov diqqəti Ermənistan prezidenti Robert Köçəryanın bir neçə gün əvvəl söylədiyi fikirlərə yönəldib: “Bir neçə gün əvvəl Robert Köçəryan “Azərbaycan hesab edir ki, biz silahlı qüvvələrimizi Dağlıq Qarabağdan İrəvana gətirmişik” söylədi. Deməli, Köçəryan etiraf edir ki, Ermənistan Silahlı Qüvvələrini Azərbaycan torpaqlarında - Dağlıq Qarabağda yerləşdirib. O, özü bilmədən bunu etiraf etdi. Digər tərəfdən, artıq erməni diasporu və xalqı başa düşür ki, Sarkisyan hərbi metodlardan daha məharətlə istifadə edir”. Ermənistana bu gün separatçı qrupun rəhbərlik etdiyini deyən N. Məmmədovun sözlərinə görə, Ermənistanın və erməni xalqının maraqları bu separatçı qrup üçün əhəmiyyət daşımır: “Onlar hər şeyi, hətta öz dövləti və xalqı ilə bağlı məsələləri belə öz konyuktur maraqlarına tabe etməyə çalışırlar və neçə illərdir buna nail olublar. Bu qrupun həyata keçirdiyi siyasət hərbi yönümlü olduğundan, bu avantürist siyasətçilər belə məsələlərlə tez-tez rastlaşacaqlar”.
Ermənistanda keçirilmiş seçkilərdən sonra bu ölkədə baş verən proseslərə toxunan şöbə müdiri “Bu seçkilər göstərdi ki, millətdən, torpaqdan, xalqdan danışan məzlum millətin məzlum separatçı rəhbərlərindən biri prezidentlikdən gedəndə və o birisi prezidentliyə gələndə iğtişaşları yatırmaq üçün fövqəladə vəziyyət elan edib ordunu dinc insanların üzərinə yeritdi. Onların özlərinin rəsmi məlumatına görə, İrəvanda baş verən hadisələrdə 8 nəfər ölüb. Bu o deməkdir ki, Ermənistan hakimiyyətində olan həmin qrup şəxsi və konyuktur maraqlarını təmin etmək üçün əllərindən gələni edir. İndi isə legitimliklərini sübut etmək istəyirlər” söyləyib. N. Məmmədov hazırkı situasiyada separatçı qrupu əsas iki məsələnin narahat etdiyini vurğulayıb: “Birincisi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Onlar istəyirlər ki, bir bəhanə tapıb bundan yayınsınlar, dünya ictimaiyyətini, həmsədrləri, beynəlxalq təşkilatları çaşdırsınlar. Bu məqsədlə Köçəryan bir neçə gün əvvəl bəyanat verdi ki, danışıqları dayandırmaq lazımdır, çünki Azərbaycanda seçkilər keçiriləcək və bu seçkilər danışıqların aparılmasına mane olacaq. Lakin az sonra o başa düşdü ki, axmaq fikir söyləyib. Azərbaycanda keçirilən seçkilərlə bağlı onun Azərbaycanın əvəzinə danışmağa nə haqqı var? Bundan sonra isə ölkə daxilindəki siyasi böhranın, öz xalqına qarğı törətdikləri cinayət əməllərinin üstünü örtməyə başladılar”. Şöbə müdiri beynəlxalq birliyin, beynəlxalq təşkilatların bu məsələyə münasibətdə həddindən artıq yumşaq mövqe nümayiş etdirdiyini də bildirib: “Ermənistanda olanların yüzdə biri bizdə baş versəydi, bütün dünya üstümüzə hücum çəkərdi. Amma neçə gündür, Ermənistanda baş verənlərlə bağlı bir bəyanat belə verməyiblər. Ermənistan rəhbərliyi də riyakar davranış nümayiş etdirərək, dünya ictimaiyyətinin diqqətini özlərindən yayındırmağa, başqa istiqamətə yönəltməyə çalışır. Buna görə də iki gün əvvəl atəşkəsi pozaraq, Azərbaycan mövqelərinə hücuma keçməyə cəhd göstərdilər. Lakin Azərbaycan ordusu düşmənin layiqli cavabını verdi. İndi isə ümid edirlər ki, xaricdəki ermənilərin, güclü diasporun hesabına riyakar mövqelərini dünyaya çatdıracaq, haqlı olduqlarını sübut edəcəklər. Lakin dünya ictimaiyyəti nə baş verdiyini artıq bilir. Erməni diasporu də bunların əməllərindən artıq boğaza yığılıb və ölkə əhalisinin yarıdan çoxunun bu avantürist siyasətçilərin siyasətindən narazı olduğunu, Ermənistanda baş verənlərin məhz bu narazılığın ifadəsi kimi meydana çıxdığını yaxşı bilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR