Bank Of Baku

Sabir Rüstəmxanlı İranın Azərbaycandakı səfiri ilə görüşüb

Sabir Rüstəmxanlı İranın Azərbaycandakı səfiri ilə görüşüb
# 06 mart 2008 16:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin sədr əvəzi Sabir Rüstəmxanlı İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Həmidi Zare ilə görüşüb. S. Rüstəmxanlı APA-ya açıqlamasında görüşdə ölkədəki ictimai-siyasi vəziyyət və Azərbaycan-İran münasibətlərini müzakirə etdiklərini bildirib. O, İranda yaşayan azərbaycanlıların milli hüquqlarının pozulmasından narahatlığını ifadə edib və əlaqələrin inkişafında bu problemin həllinin zəruriliyini vurğulayıb. Görüşdə mədəniyyət sahəsində əlaqələrin inkişafının vacibliyi də qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR