Bank Of Baku

Çingiz Əsgərov: “Azərbaycandan Avropa Məhkəməsinin hakimliyinə irəli sürülən namizədlərlə bağlı Alt Komitənin rəsmi rəyi gələn həftə açıqlanacaq”

Çingiz Əsgərov: “Azərbaycandan Avropa Məhkəməsinin hakimliyinə irəli sürülən namizədlərlə bağlı Alt Komitənin rəsmi rəyi gələn həftə açıqlanacaq”
# 07 mart 2008 11:14 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov APA-nın sualına cavab olaraq bildirib ki, müsahibə Bakı vaxtı ilə axşam saatlarında başa çatacaq. O, Alt Komitənin namizədlərlə bağlı rəsmi rəyinin gələn həftə açıqlanacağını da vurğulayıb. Ç. Əsgərov güman etdiyini bildirib ki, bu dəfə Azərbaycandan olan namizədlər siyahısının geri qaytarılması barədə rəy verilməyəcək. Nümayəndə Avropa Məhkəməsinin hakimi seçilmək üçün Azərbaycandan və başqa ölkələrdən təqdim olunan namizədlər siyahısının geri qaytarılması barədə qəbul edilən qərarların məhkəmənin işinə maneçilik törətdiyini də vurğulayıb. Onun sözlərinə görə, bu məsələ Avropa Məhkəməsində müəyyən narahatlıq yaradıb: “Müddəti bitən hakimlərlə bağlı yenidən seçki keçirilməlidir. Bu, baş vermədiyi üçün məhkəmədə işlərin bölünməsində qeyri-müəyyənlik yaranır”.
Qeyd edək ki, Alt Komitə namizədlərlə bağlı rəyi AŞ PA Bürosuna təqdim edəcək. Azərbaycandan olan namizədlərlə bağlı AŞ PA Bürosunun martın 13-də keçiriləcək iclasında müzakirələrin aparılacağı, qərar veriləcəyi gözlənilir. Onu da xatırladaq ki, Azərbaycandan Avropa Məhkəməsinin hakimi vəzifəsinə Xanlar Hacıyev, Rövşən İsmayılov və Səadət Yusifovanın namizədlikləri irəli sürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR