Bank Of Baku

Demokratik Seçki Mərkəzinin Əsasnaməsi təsdiqlənib

Demokratik Seçki Mərkəzinin Əsasnaməsi təsdiqlənib
# 07 mart 2008 11:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Demokratik Seçki Mərkəzinin (DSM) Sədrlər Şurasının toplantısı keçirilib. DSM-dən APA-ya verilən məlumata görə, toplantıda qurumun Əsasnaməsi təsdiq olunub. Toplantıda beynəlxalq təşkilatların müxalifət düşərgəsində təmsil olunan partiyalara yanaşma prinsipləri pislənilib, bununla əlaqədar həmin qurumlara müraciət edilməsi haqda qərar qəbul edilib. Yığıncaqda Seçki Məcəlləsində əlavə və dəyişikliklərə dair hazırlanan qanun layihəsi də müzakirə edilib. Qeyd edək ki, DSM-də Azadlıq, Milli Demokrat, Açıq Cəmiyyət, Təkamül, Yaşıllar, Böyük Azərbaycan, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və Klassik Xalq Cəbhəsi partiyaları təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR