Bank Of Baku

Robert Köçəryanın mətbuat katibi yaxın bir ayda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü mümkün saymır

Robert Köçəryanın mətbuat katibi yaxın bir ayda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü mümkün saymır
# 07 mart 2008 11:55 (UTC +04:00)
İrəvan APA. Ermənistan prezidentinin mətbuat katibi Viktor Soqomonyan yaxın bir ayda Robert Köçəryanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilməsi ehtimalını zəif hesab edir. APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, V. Soqomonyan bildirib ki, R. Köçəryanın səlahiyyət müddətinin bitəcəyi 9 aprel tarixinə qədər iki prezidentin bir araya gəlməsi çətin ki, mümkün olsun. O, keçmişdə olduğu kimi, gələcəkdə də prezidentlərin görüşü üçün istənilən uyğun şəraitdən istifadə ediləcəyini deyib: “Bildiyiniz kimi, bunun üçün həmsədrlər regiona gəlməli, öz təkliflərini təqdim etməli və bundan sonra prezidentlərin görüşü təşkil olunmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR