Bank Of Baku

Robert Simmons: “NATO-Cənubi Qafqaz respublikaları əməkdaşlığı Rusiya ilə rəqabət anlamı daşımır”

Robert Simmons: “NATO-Cənubi Qafqaz respublikaları əməkdaşlığı Rusiya ilə rəqabət anlamı daşımır”
# 07 mart 2008 12:16 (UTC +04:00)
APA-nın məlumatına görə, cənab Simmons çıxışında qeyd edib ki, 2003-cü ildə NATO Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirmək barədə qərar qəbul edib. Bu istiqamətində müəyyən irəliləyişlərin əldə olunduğunu deyən Robert Simmons NATO-nun bu bölgələr üzrə əlaqələndirici zabitlər təyin etməsini mühüm qiymətləndirib: “NATO müdafiə sisteminin planlaşdırılması, şəxsi heyətin büdcəsinin formalaşdırılması, NATO əməliyyatlarında iştirakla bağlı strategiyaların hazırlanmasında Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə yardım təklif edir. NATO bu ölkələrlə əməkdaşlıq zamanı müdafiə sahəsində islahatlara, müdafiə planlaşdırmasına, həmçinin informasiya mübadiləsinə diqqət yetirir. Siyasi dialoq məsələsi də bizim üçün çox önəmlidir. Biz tərəfdaş ölkələrə NATO-ya üzv olan dövlətlərlə siyasi dialoq prosesində iştirak etməyi təklif edir”. Robert Simmons çıxışında həmçinin enerji təhlükəsizliyi məsələsinə də toxunub: “Biz enerji modellərinin yenidən qurulması üçün mənbələr axtarmırıq. Biz sadəcə enerji mənbələrinin təhlükəsizliyinin təmin olunmasını istəyirik. Bu, belə mənbələrə malik Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün çox önəmlidir”. Robert Simmons həmçinin NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının Rusiya ilə rəqabətə girmək anlamı daşımadığını deyib: “Hər kəsin öz maraqları və üstünlükləri var. Bizim bu ölkələrlə əməkdaşlıq məsələsində ümumi maraqlarımız, məsələn, regionun təhlükəsizliyinin təmin edilməsi məsələsi də var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR