Bank Of Baku

Prezident İlham Əliyev: “Azərbaycanda heç vaxt dini zəmində münaqişə, hətta narazılıq belə olmayıb”

Prezident İlham Əliyev: “Azərbaycanda heç vaxt dini zəmində münaqişə, hətta narazılıq belə olmayıb”
# 07 mart 2008 12:36 (UTC +04:00)
Prezident İlham Əliyev isə kilsənin açılışını çox əlamətdar və unudulmaz gün adlandırıb. Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı deyib ki, Azərbaycanda heç vaxt dini zəmində münaqişə, hətta narazılıq belə olmayıb. Roma Papası II İohann Pavelin Azərbaycana səfərini xatırladan İ. Əliyev bu səfərin Azərbaycanla Vatikan arasında münasibətlərin inkişafında çox böyük rol oynadığını bəyan edib. O, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Bakıda möhtəşəm katolik kilsənin tikildiyini, amma SSRİ dövründə dağıdıldığını da xatırladıb: “Kilsəsinin açılışı həm Azərbaycan katolikləri üçün bayramdır, həm də tarixi ənənənin bərpasıdır”. Prezident kilsənin açılışını Azərbaycanın gələcəyi və Avropa ilə yüksək səviyyəli münasibətlərin davamı baxımından da gözəl hadisə adlandırıb.
Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertoni Roma Papası 16-cı Benediktin adından prezident İlham Əliyevə minnətdarlıq edərək bildirib ki, Azərbaycan həqiqətən də tolerant ölkə olduğunu sübuta yetirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə də Azərbaycanda bütün dinlərə hörmət edildiyini, ölkədə hökm sürən tolerantlıqdan fəxr duyduğunu söyləyib: “Ən ümdə arzumuz Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağa qayıtmaqdır”. Bakı Pravoslav Kilsəsinin yepiskopu Aleksandr da Azərbaycan rəhbərliyinin ölkədə bütün dinlərin sərbəst fəaliyyəti üçün hər cür şərait yaratdığını vurğulayıb. Azərbaycanda yaşayan 3 yəhudi icması adından danışan dağ yəhudiləri icmasının rəhbəri Semeon İxiilov isə Azərbaycanda heç vaxt antisemitizm olmadığını deyib. O, arzu edib ki, katolik kilsəsinin zəngləri Azərbaycan siyasətinin qələbəsi xəbərini hər yana yaysın və ulu Tanrı Dağlıq Qarabağı qaytarmağa gömək etsin.
Tədbirə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Vatikanın Cənubi Qafqazdakı nunsisi Klaudio Qucerotti, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların, Bakıda akkreditə olunmuş beynəlxalq təşkilat və xarici diplomatik nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin din xadimləri və Polşa prezidentinin şəxsi nümayəndəsi də qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR