Dağlıq Qarabağ münaqişəsi: Son döyüşdə kim uduzdu, kim uddu? - TƏHLİL
a) Beynəlxalq aləmin və ölkə ictimaiyyətinin diqqətinin ölkədə baş verən vətəndaş qarşıdurmasından yayındırmaq;
b) Ölkədə nominal stabilliyin Köçəryan rejiminin hakimiyyətdə qalmasından asılı olduğu, müxalifət hakimiyyətə gələcəyi təqdirdə ölkənin müharibə təhlükəsi ilə üz-üzə qalacağı, çoxlu itkilər verəcəyi barədə daxili ictimai rəy formalaşdırmaq;
Ermənistana dəstək verən xarici siyasi qüvvələri (güc mərkəzlərini) çoxsaylı insan ölümü ilə nəticələnən seçkisonrası hadisələrə münasibət bildirmək məcburiyyətindən qurtarmaq;
Beləliklə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin uzunmüddətli pozulmasını ölkələrin maraqları kontekstində təhlil edən zaman bu insidentin Ermənistan tərəfindən törədildiyi təsdiqlənir. Bunu təsdiqləyən başqa məqamlar da var. Hadisələrin başladığı ilk dəqiqələrdən Ermənistan rəsmilərinin bir-birinin ardınca mətbuat konfransları keçirmələri və Azərbaycanı hərbi əməliyyatlara başlamaqda suçlamaları bu siyasi təxribatın əvvəlcədən planlaşdırıldığını təsdiqləyir. Erməni təbliğat maşınını əsasən iki istiqamətdə ictimai rəy formalaşdırmağa çalışır:
a) Atəşkəs rejimini Azərbaycan tərəfi pozub və Dağlıq Qarabağda hansısa yerli əhəmiyyətli təpəciyi ələ keçirməyə çalışıb;
b) Azərbaycan tərəfi çoxsaylı itkilər verib;
İlk arqument kökündən yanlışdır və hətta hərb işindən başı çıxmayan adi vətəndaşa da məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin taleyini hansısa təpəciyin tutulması həll etmir. Azərbaycanın cəbhə xəttinin bir qədər qabağa çəkmək məqsədilə də atəşkəs rejimini pozması da gülünc iddiadır. Cəbhə xəttinin dəqiq koordinatları mövcuddur və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin rəhbərliyi ilə məhz bu koordinatlar üzrə atəşkəs rejiminə riayət olunmasına dair mütəmadi monitorinqlər keçirilir. Azərbaycan tərəfinin cəbhə xəttini bir qədər irəli çəkməsi sözsüz ki, ATƏT tərəfindən mütləq qeydə alınmış olardı. Bunu bilə-bilə Azərbaycan tərəfinin cəbhə xəttini irəli çəkmək istəməsini iddia etmək absurddur.
Təqribən 36 saata yaxın davam edən hərbi qarşıdurmada verilən itkilərin sayı da təxribatın Ermənistan tərəfdən planlaşdırıldığını sübuta yetirir. Azərbaycan tərəfi insidentdən dərhal sonra atəşkəsin pozulması nəticəsində 4 hərbçinin şəhid olması, bir hərbçinin isə yaralanması barədə məlumat yayıb və onların adlarını açıqlayıb. Bu rəqəmlərin düzgün olduğunu APA agentliyinin apardığı müstəqil təhqiqat da sübuta yetirib. APA cəbhə xəttində hərbçilərimizin şəhid olması barədə məlumatları hətta Müdafiə Nazirliyindən belə tez yayır, buna şübhə edənlər agentliyin arxivindəki materialları araşdıraraq haqlı olduğumuza inana bilərlər. APA-nın Azərbaycanın bütün bölgələrini əhatə edən yerli büroları fəaliyyət göstərir və bürolar vasitəsilə bölgələrə Tərtər və Goranboy zonasından şəhid gəlib-gəlməməsi ilə bağlı apardığımız araşdırmalar bu nəticəni ortaya çıxardı Tərtər istiqamətində atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan tərəfi Müdafiə Nazirliyinin adlarını açıqladığı əsgərlərdən başqa itki verməyib. Ermənistan rəsmilərinin itkilərlə bağlı verdiyi açıqlamalardakı uyğunsuzluqlar isə rəsmi İrəvanın itkilərin gerçək sayını gizlətməyə çalışdığını göstərir. Məsələn, hərbi münaqişə başladıqdan dərhal sonra mətbuat konfransı keçirən Ermənistanın xarici işlər naziri Vardan Oskanyan çoxlu sayda yaralı olduğunu bildirib. Daha sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat sözçüsü atışmada yalnız bir erməni baş leytenantın başından yaralandığını bildirib. Prezident Robert Köçəryan isə bəyanatında iki əsgərin yaralandığını deyib. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyan döyüşlərdə yaralanmış mayor rütbəli bir zabitə baş çəkdiyini deməklə rəsmi İrəvanın yalanını üzə çıxarıb. Bundan sonra isə iki erməni əsgərinin dəfni zamanı onların yaxınlarının hökumət əleyhinə şüarlar səsləndirmələri nəticəsində Ermənistan polisi ilə qarşıdurma yarandığı barədə məlumat yayılıb. Bu fərqli açıqlamalar əslində erməni tərəfin daha çox itki verdiyini təsdiqləyir. Bu fakt əslində “kim birinci hücuma başlayıb” sualının da cavabıdır. Hücum edən tərəfin daha çox itki verməsi hərbin qanunlarından biridir və Ermənistan tərəfi də daha çox itki verməklə atəşkəs rejiminin məhz bu ölkə tərəfindən pozulması faktını dolayı yolla təsdiqləyib. Ermənilərin nə qədər itki verməsini bu ölkədəki mənbələrə istinadən araşdırmaq mümkün deyil. Sadəcə, Ermənistanda medianın və internet resursların fəaliyyətinin məhdudlaşdırılması rəsmi İrəvana atışmada verilən itkilərin sayını gizlətməyə imkan verir. Azərbaycan Müdafiə Nazirliyi faktiki olaraq döyüş bölgəsindəki müşahidələri və məlumataları əsasında dəqiq fakt açıqlayıb: 12 erməni əsgəri məhv edilib, 15-i isə yaralanıb. İndiyə qədər Ermənistan bu faktı inkar edəcək heç bir arqument ortaya qoya bilməyib.
Daha bir məqam. Ermənistanın xarici işlər naziri Vardan Oskanyan təmas xəttində atəşin dayandırılması xahişi ilə Azərbaycan rəhbərliyinə və beynəlxalq təşkilatlara müraciət etdiyini bildirib. Analoji xahişlə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Seyran Ohanyan da azərbaycanlı həmkarı Nəcməddin Sadıxova müraciət edib. Azərbaycan tərəfi hər iki müraciətin olduğunu təsdiqləyib. Maraqlıdır, əgər Ermənistan doğrudan da insidentdə çox böyük üstünlüyə malik olubsa və itkilər vermirsə, o zaman niyə atəşin dayandırılmasını xahiş edir?
Göründüyü kimi, Ermənistanın başladığı siyasi avantüra yanlış informasiya müharibəsi nəticəsində bu ölkənin əleyhinə işləməyə başlayıb. Əslində indiki situasiyada atəşkəs rejiminin pozulması ətrafında başlamış oyunu bitmiş saymaq olar. Azərbaycan ordusu nəyə qadir olduğunu Ermənistana və beynəlxalq ictimaiyyətə nümayiş etdirib. İndi isə əsas məsələ yenidən beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanda baş verən hadisələrə yönəltməkdir. Çünki ermənilərin ən zəif nöqtəsi mitinqlərin zorakılıqla yatırılması ətrafında baş verən hadisələr və ölkədəki siyasi böhrandır. Rəsmi İrəvan bir neçə il əvvəl dövlət rəhbərlərinin parlamentdə güllələnməsi faktını ört-basdır etməyə qismən nail olsa da, bu dəfə törətdiyi qanlı hadisələrə görə məsuliyyətdən yayınmamalıdır. Diplomatiyanın əsas hədəfi də məhz bu nöqtə olmalıdır. /APA-ANALİTİKA/
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
“Bitcoin"in qiyməti 66 min dolları ötüb
Dünya bazarlarında neftin qiyməti 92 dolları ötüb
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib
Tramp ölkəyə idxal edilən generik dərmanlara yeni gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb
KİV: İranla münaqişə zamanı 500-dən çox ABŞ hərbçisi yaralanıb
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqlayıb - YENİLƏNİB
ABŞ İranın Buşehr şəhərinə zərbələr endirib
Tramp BMT-nin növbəti Baş katibi vəzifəsində FİFA prezidentini görmək istəyir
Tramp ABŞ ordusunun İranla müharibədə 18 hərbçisini itirdiyini açıqlayıb
Pentaqon ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının dəyərini açıqlayıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR
SEPAH Küveytdəki Əli əl-Salem bazasındakı radarlara zərbələr endirildiyini açıqlayıb
Zelenski Sırskini istefaya göndərib, Drapatıy Ukrayna Silahlı Qüvvələrinin komandanı təyin olunub - YENİLƏNİB
UEFA Çempionlar Liqası II təsnifat mərhələsi: “Fənərbaxça” qələbə qazanıb
Azərbaycanda Milli Mətbuat Günüdür
Fransada sentyabr ayından etibarən yeniyetmələr üçün sosial media qadağan edilir
Çempionlar Liqası: “Sabah” minimalhesablı qələbə qazanıb
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB2
Ermənistan ordusunun hərbçisi ölüb
Səbail rayonunda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
İsrail Qəzzada silah daşıyan nəqliyyat vasitəsini zərərsizləşdirdiyini açıqlayıb
İran və Fransa XİN rəhbərləri ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər
Kəlbəcərdə sursat partlayıb, çoban xəsarət alıb - YENİLƏNİB
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi ilə bağlı araşdırmalar yekunlaşıb
Pentaqon rəhbəri İranı onqat sərt cavabla hədələyib
FHN: Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
Tramp: İran görüşmək istəyir, ancaq biz mənasız görüşlər keçirməkdə maraqlı deyilik
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Nizami rayonunun Musa Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ermənistan güləşçiləri Azərbaycana gəlir
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
Deputat: Alman–Azərbaycan Biznes Şurasının yaradılması iqtisadi tərəfdaşlığı strateji institusional mərhələyə qaldırır
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
Azərbaycan-Almaniya tərəfdşlıq münasibətləri strateji mərhələyə yüksəlib - RƏY
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb - FOTO
Bakıda sıxlıq olan yollar açıqlanıb - FOTO
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Musiqi və incəsənət məktəblərində təhsilverənlərin sertifikatlaşdırma qaydası müəyyənləşib
Baş prokuror Kəlbəcərdə olub, vətəndaşları qəbul edib - YENİLƏNİB
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ürək və kök hüceyrələri transplantasiyası həyata keçirən tibb müəssisələrinin sayı artıb
Kamran Musayevin həmmüəllifliyi ilə Türkiyədə kardiocərrahiyyə dərsliyi nəşr olunub
Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə imzalanıb- YENİLƏNİB
Almaniya Kansleri: Rusiya prezidenti mövqeyini dəyişmədiyi müddətdə Ukraynaya dəstək verməyə davam edəcəyik
Fridrix Merts: Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inanıram
Azərbaycan-Almaniya tərəfdaşlıq münasibətləri strateji mərhələyə yüksəlir
Merts: Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən mühüm bağlantı məkanı kimi getdikcə daha böyük əhəmiyyət qazanır